Xarici prodüserlər Azərbaycanda film çəkmək daha sərfəli olacaq

Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kinematoqrafiya haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada şərtlərlə həyata keçiriləcək.

Bundan başqa, xarici prodüserləri Azərbaycan Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları siyahısına əlavə ediləcək.