Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İzmir şəhərinə səfəri çərçivəsində İzmir Milli Kitabxanasını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Fuad Muradov Türkiyənin ilk Milli Kitabxanası hesab edilən bu məkanın direktoru Ülvi Puğla ilə görüşüb, buradakı tarixi nəşrlərlə yaxından tanış olub.
O, Qarabağ Zəfəri, bu tarixi qələbəyə gedən yol, Azərbaycanın, o cümlədən Qarabağın tarixi, musiqisi, mədəniyyətini özündə əks etdirən nəşrləri kitabxanaya hədiyə edib.
Ülvi Puğla bu qiymətli əsərlərin İzmir Milli Kitabxanasında yer almasından məmnunluğunu bildirib.