Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.
Trend xəbər verir ki, Rasim Balayevlə vida mərasimi bu gün, saat 12.00-13.30 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.
Xalq artisti Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Xatırladaq ki, Rasim Balayev dünən müalicə olunduğu İstanbulda vəfat edib.