Bakıda Ümumdünya Kitab Gününə həsr olunan konfrans keçirilir

Bakıda "Ümumdünya Kitab və Müəllif Hüququ Günü" münasibətilə "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların qafqaz ilə əlaqələri" mövzusunda konfrans keçirilir.

Trend xəbər verir ki, konfransda Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikasınin mədəniyyət naziri Adil Kərimli, Elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti İsa Həbibbəyli, Qrbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Kərim Şükürovun çıxışları nəzərdə tutulur.

 

Açılış nitqlərindən sonra Əqli Mülkiyyət Agentliyinin İdarə heyətinin sədri Kamran İmanov "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların qafqaz ilə əlaqələri" mövzusunda məruzə edəcək.
Konfrans çıxış və məruzələrlə davam edəcək.

Xəbər yenilənəcək