ATƏT-in Minsk Qrupu uzun illər ərzində beynəlxalq hüququn təminatçısı kimi çıxış etməli olduğu halda, faktiki olaraq işğalın uzanmasına xidmət edən nəticəsiz və qeyri-səmimi bir mexanizmə çevrilmişdi.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində saxlanılır, onların icrası üçün real siyasi iradə ortaya qoyulmayıb:
"Bu isə beynəlxalq münasibətlər sistemində ikili standartların və seçici yanaşmanın açıq təzahürü idi. Həmsədr dövlətlərin illərlə təkrarladığı "münaqişənin hərbi həlli yoxdur" tezisi əslində status-kvonun qorunmasına hesablanmışdı. Halbuki Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmadı və cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sübut etdi ki, beynəlxalq hüquq yalnız kağız üzərində yox, real həyatda da təmin olunmalıdır. 44 günlük Vətən müharibəsi illərlə davam edən saxta vasitəçiliyi və imitasiya diplomatiyasını tam ifşa etdi".