Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü mayın 13-ü paytaxtdakı Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada keçiriləcək.
Təhsil idarəsindən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurov olacaq.
Görüşdə insanların formalaşdırılmasında məktəb və müəllimin rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, musiqi zövqünün formalaşdırılması, incəsənət bacarıqlarının inkişafı, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.