ADPU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təhsil menecmenti kafedrasında Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin professorları ilə görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Çankaya Universitetinin professoru Buket Ağqoyunlu, Hacettepe Universitetinin professorları Səlahəddin Gelbal və Saləh Bardaqçı iştirak ediblər. Türkiyəli alimlər ADPU ilə əməkdaşlıq çərçivəsində əldə olunan təcrübə və nəticələr barədə fikirlərini bölüşüblər. Təhsil menecmenti sahəsində aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib.Tərəflər magistr hazırlığında müasir tendensiyalar, təhsil proqramlarının inkişaf perspektivləri və elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.