Türkiyə Trabzon vilayətində qayanın üzərində yerləşən tarixi-mədəniyyət kompleksi – Sümela monastırı rayonunda (Panaqiya Sümela pravoslav monastırı) təhlükəsizlik sistemini təkmilləşdirir.
AZƏRTAC xəbər verir ki, alpinistlərin iştirak etdiyi işlərin birinci mərhələsi uğurla başa çatıb və Trabzon şəhərindən 50 kilometr məsafədə yerləşən monastır ziyarətçilər üçün yenidən açılıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkənin tarixi irsini qorumağa sadiq olduğunu bildirib. O əmin edib: “Biz Sümela monastırını gələcək nəsillər üçün qorumağa çalışırıq, kompleksin strukturunu və tarixi dəyərini qoruyuruq”.
Eramızın IV əsrində 300 metr hündürlükdə dik bir qayanın üzərində tikildiyi güman edilən monastır kompleksinə təbaşir qayada yerləşən əsas kilsə, ibadətgah, hücrələr, kitabxana, yardımçı otaqlar və digərləri daxildir.
UNESCO-nun Dünya İrs Siyahısına daxil olan kilsə Türkiyədə ən çox ziyarət edilən görməli yerlərdən biri hesab olunur.
2025-ci ildə Sümela monastırını 514.596 turist ziyarət edib.