Moldovanın paytaxtı Kişineuda Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynovun fərdi tamaşası olub.
AZƏRTAC xəbər verir ki, tamaşa MOLDFEST Beynəlxalq Teatr Festivalı çərçivəsində Y.Harmelin adına Dövlət Gənclər Dram Teatrının səhnəsində təqdim olunub. Dünya ədəbiyyatının klassiki Fyodor Dostoyevskinin eyniadlı klassik əsəri əsasında quruluşçu-rejissor Cənnət Səlimovanın hazırladığı "Zərif" fərdi tamaşasını Azərbaycanın Moldovadakı səfirliyinin diplomatları, diasporumuzun fəalları, moldovalılar izləyiblər.
Şövqi Hüseynovun tək canlandırdığı tamaşada onun dərin və emosional ifası tamaşaçılara dünya ədəbiyyatının ən məşhur əsərlərindən birinə yenidən nəzər salmağa imkan verib. Tamaşa iştirakçılara Azərbaycan teatr məktəbinin sənətkarlığını kəşf etmək imkanı yaradıb.