Sahib Paşazadə: Beynəlxalq Muğam Mərkəzi sentyabrdan həm də muzey kimi fəaliyyət göstərəcək

Beynəlxalq Muğam Mərkəzi sentyabr ayından etibarən həm də muzey kimi fəaliyyət göstərəcək. Ziyarətçilər burada Azərbaycanın tarixi musiqi alətləri, muğam sənətinə dair məlumatlar, görkəmli muğam ustalarının büstləri və digər qiymətli eksponatlarla tanış ola biləcəklər.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə deyib.

O bildirib ki, muzeyin yaradılmasında əsas məqsəd zəngin muğam irsini daha geniş auditoriyaya tanıtmaq, bu sənətin təbliğini gücləndirmək və milli musiqi ənənələrinin gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.