Dövlət Film Fonduna tanınmış aktyor Gündüz Abbasova aid yeni arxiv materialları daxil olub

Azərbaycan Dövlət Film Fonduna tanınmış aktyor Gündüz Abbasovun həyat və yaradıcılığına aid yeni arxiv materialları daxil olub.

Fonddan AZƏRTAC-a bildirilib ki, materiallar sırasında aktyorun nadir fotosənədləri, diplomlar, şəxsi sənədlər, qəzet və jurnal materiallarına rast gəlmək mümkündür.

Bu materiallar Gündüz Abbasovun şəxsi arxiv fonduna əlavə olunub.