Azad edilmiş ərazilərdə 15 yeni məktəb fəaliyyətə başlayacaq - Nazir

2026-2027-ci tədris ilində azad edilmiş ərazilərdə yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, yeni müəssisələr Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd, Zəngilanda fəaliyyətə başlayacaq.

 

“Ümumilikdə isə ölkə üzrə 2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq”,- deyə o əlavə edib.

Xəbər yenilənəcək...