Bakıda Sergey Raxmaninovun yubiley konserti təşkil edilib

Dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyi çərçivəsində yekun konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində baş tutub.

Filarmoniyadan AZƏRTAC-a bildiriblər ki, bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Fərhad Bədəlbəyli, Yeganə Axundova, Murad Adıgözəlzadə çıxış ediblər.

Konsertdə 2 saylı simfoniya, piano və orkestr üçün 2 saylı konsert və iki piano və orkestr üçün 2 saylı süita səslənib.

Gallery