Qazaxıstandan istinqa təcridxanasından azadlığa buraxılmış Azərbaycan əsilli , rusiyalı reper "Navai" (Nəvai) Kişinyovdakı konsertinə biletlərin satışını bərpa edib.
Bu barədə "Shot" məlumat yayyıb.
Kanalın məlumatına görə, hazırda biletləri yalnız Moldovanın paytaxtında keçiriləcək konsertə almaq mümkündür. Sənətçinin saxlanılmasından sonra oktyabrın 16-dan dekabrın 8-nə təxirə salınan konsertə biletlər yenidən satışa çıxarılıb. Digər çıxışlar isə hələ də təxirə salınmış vəziyyətdədir. Bunlara sabaha planlaşdırılan Moskva konserti də daxildir.
Xatırladaq ki, Navai oktyabrın 13-dən 14-nə keçən gecə Qazaxıstanda yerləşən “Korday” sərhəd-keçid məntəqəsində saxlanılıb. Avtomobilə baxış zamanı polis əməkdaşları narkotik maddə aşkar ediblər. Sənətçi narkotik maddələrin qaçaqmalçılığına cəhddə şübhəli bilinirdi.
Oktyabrın 20-də isə Jambıl vilayətinin Polis Departamentindən TASS-a bildirilib ki, reper barəsində cinayət işinə reabilitasiya hüququ verməyən əsaslarla xitam verilib. Qərar hüquq pozuntusunun ilk dəfə törədilməsi və Bəkirovun əməlindən səmimi peşmanlıq çəkməsi nəzərə alınmaqla qəbul edilib. Bəkirov Qazaxıstan ərazisindən deportasiya olunub.