Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci ilə Çin Xalq Respublikasının Jiangsu İnformasiya Texnologiyaları Peşə Kolleci arasında təhsil sahəsində beynəlxalq əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memorandum iki təhsil müəssisəsi arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini, təcrübə mübadiləsinin təşkilini, təhsil sahəsində qabaqcıl yanaşmaların öyrənilməsini və birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində müəllim və tələbələr arasında əlaqələrin inkişaf etdirilməsi, tədris prosesində müasir yanaşmaların tətbiqi, təhsil proqramlarının təkmilləşdirilməsi, eləcə də təhsilalanların bilik-bacarıqlarının artırılmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi üçün imkanların yaradılması nəzərdə tutulur.
İmzalanan Anlaşma Memorandumu İnşaat Kollecinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, təhsil sahəsində qarşılıqlı təcrübənin bölüşdürülməsi və hər iki müəssisə arasında uzunmüddətli, səmərəli tərəfdaşlıq münasibətlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.