ELM və TƏHSİL:  Viktor Ambros və Qeri Ruvkun fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldülər

Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarıının adları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Viktor Ambros və Qəri Ruvkunun 2024-cü il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüldükləri elan edilib. Onlar bu mükafata mikroRNT-nin kəşfi və onun post-transkripsiya gen tənzimləməsində rolunun tədqiqinə görə layiq görülüblər.