“Mahmud Kaşğari “Divan”ı və çağdaş türk dilləri” – yeni nəşr

AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri professor İsmayıl Kazımovun “Mahmud Kaşğari “Divan”ı və çağdaş türk dilləri” kitabı çap olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda Mahmud Kaşğarinin “Divan”ında sözün fonetik, qrammatik, leksik-semantik yöndə tarixi-genetik və struktur-funksional xüsusiyyətləri nəzərdən keçirilib. Əsərdə “Divan”ın türkoloji dilçiliyin formalaşması və inkişafındakı rolu, çağdaş türk dillərinə, dialektlərinə təsiri öyrənilib.

Kitab 3 bölmədən ibarətdir. Bölmələrdə “Divan”ın fonetik, leksik və morfoloji özəllikləri araşdırılıb.

Nəşrin redaktoru professor Nadir Məmmədli, filologiya elmləri doktoru Şəbnəm Həsənli-Qəribova və dosent Qətibə Quliyevadır