Paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 10 faiz artıb

Cari ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,1 faiz artaraq 1146,3 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 664,7 milyon manat olub.

Bu, ümumi dövriyyənin 58 faizini təşkil edib.