Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2024-cü ilin 10 ayı ərzində ayrılmış maliyyə dəstəyinin əhəmiyyətli hissəsi sənaye və kənd təsərrüfatı sahələrinə yönəlib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin 10 ayında layihələrin maliyyələşdirilməsinə 2 milyon 767 min manat vəsait sərf olunub.
Kreditlərin 75,9 faizi sənaye sektorunun, 16,9 faizi müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafının, 7,2 faizi xidmət sektorunu dəstəkləyən layihələrin payına düşüb.