Türkiyənin logistika şirkəti Azərbaycan bazarını tərk edir

Tolkun Lojistik Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini 1025 Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 419 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Tolkun Lojistik Limited şirkətinin Azərbaycandakı filialı 2023-cü ildə dövlət qeydiyatına alınıb. Şirkətin qanuni təmsilçisi Ertolkun Gaynetullahdır.