Bu ilin yanvar-oktyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 153 807 nəfər və ya 3,09% artıb.
Bu barədə Trend Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.
Beləliklə, 2024-cü ilin 1 noyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 5 138 308 nəfər təşkil edib.
Xatırladaq ki, 2023-cü ilin 1 noyabr tarixinə uçota alınmış sığortaolunanların sayı 4,96 mln. nəfər təşkil edib.