2025-ci ilin inflyasiya proqnozu açıqlandı

Proqnozlara əsasən, Azərbaycanda 2025-ci ildə inflyasiyanın 5.8 faiz olacağı gözlənilir.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

 

O qeyd edib ki, növbəti ildə manatın möhkəmlənməsi isə inflyasiyanı 2.1 faiz bəndi azaldacaq.