“Alliance for Environment Pvt.Ltd.” şirkəti dünyada insanları şəffaflıq səylərində dəstəkləyir. Biz çox minnətdarıq ki, Azərbaycan şəffaflıq səylərini yüksək prioritet hesab edib, çünki şəffaflıq iqlim fəaliyyəti üçün fundamentaldır.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Nepalın “Alliance for Environment Pvt.Ltd.” şirkətinin rəhbəri Sanot Adhikari bildirib.
“O cümlədən, COP29 Paris anlaşmasının müddəalarını həll etmək üçün də mühüm rol oynayır. COP29-da bir sıra maliyyə problemlərimizin həlli yolunu axtardıq. Bu çox təqdirəlayiqdir”, - deyə Sanot Adhikari əlavə edib.