Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvləri Toğrul Əliyev və Vüsal Xəlilov Türkiyənin Bank Tənzimləmə və Nəzarət Agentliyinin sədr müavini Mustafa Aydın ilə görüşüb.
AMB-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qardaş ölkələrdə maliyyə sektorunun inkişaf trendləri, tənzimləyici və nəzarət çərçivəsində texnoloji həllərdən istifadə imkanları, eləcə də rəqəmsal bankçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.