Cavid Abdullayev: Böyükşorda 100 meqavat gücündə stansiya tikilməsi ilə bağlı təklif almışıq

Biz Çin şirkətindən Böyükşor ərazisində 100 meqavatlıq layihə təklifi almışıq, hazırda araşdırılır.

Bunu AZƏRTAC-a müsahibəsi zamanı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bildirib.

Təklif kifayət qədər maraqlıdır və qarışıq texnologiyalara əsaslanır: “Böyükşor ərazisində 100 meqavata yaxın stansiyanın tikilməsi prinsip etibarilə mümkün görünür”.

Müsahibənin tam versiyası az sonra AZƏRTAC-da dərc olunacaq.