Xocalı, Ağdərə və Xocavənddə təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib

Xocalı (20ha), Ağdərə (10ha) və Xocavənd (10ha) rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib.

Trend xəbər verir ki, bunu “Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev Xankəndidə keçirilən ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

S.Babayev qeyd edib ki, seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin İstifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib:

"Komitə tərəfindən tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonu ərazisində yerləşən torpaq sahəsinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə sərəncam verilib.

Ərazi ΑΝΑΜΑ tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib".