Bakı-Balakən qatarının fəaliyətə başlanmasına sayılı günlər qalıb - Rövşən Rüstəmov

Bakı-Balakən qatarının işə salınmasına sayılı günlər qalıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-in sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

 

O qeyd edib ki, yaxın günlərdə ilk qatarın fəaliyyətə başlamasının tarixini açıqlayacağıq.

"Bir sıra işlər tamamlanıb. İnfrastruktur hazırlığı bitib", - sədr əlavə edib.