Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Cari ilin yanvar-noyabr aylarında neft-qaz sektoruna 5 milyard 67,2 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-noyabr aylarında ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9 faiz azalıb.

Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə sözügedən göstərici 5 milyard 497,2 milyon manat səviyyəsində olub.