Ötən il Azərbaycandan 25 ölkəyə 14,4 milyard ABŞ dolları dəyərində 23,6 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
Trend-in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumatına görə, 2023-cü illə müqayisədə bu göstərici dəyər ifadəsində 1,8 milyard ABŞ dolları (11,1%), həcm ifadəsində isə 2,4 milyon ton (9,4%) azdır.
Məlumata əsasən, dövr ərzində ölkədən ən çox neft İtaliyaya ixrac edilib.
Belə ki, ötən il İtaliya Azərbaycandan 6,7 milyard ABŞ dolları dəyərində 10,9 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib. Bununla da sözügedən ölkə növbəti dəfə Azərbaycanın ümumi neft ixracında liderliyini qoruyub.
Azərbaycanın ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 1,1 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Siyahının üçüncü pilləsini Xorvatiya tutur. Belə ki, ötən il Xorvatiya Azərbaycandan 873,4 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton neft idxal edib.
Azərbaycandan ötən il bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilən ölkələrin siyahısını təqdim edirik:
Malın adı
Ölkələr
Miqdar (ton)
Statistik dəyər (min ABŞ dolları)
Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları