Ötən il Azərbaycan xarici ölkələrlə (180 ölkə) 47,6 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26,5 milyard ABŞ dolları ixracın, 2,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.
Trend-in Dövlət Gömrük Komitəsindən (DGK) əldə etdiyi məlumata görə, əvvəllər olduğu kimi bu dəfə də Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub.
Belə ki, 2024-cü il ərzində Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11,4 milyard ABŞ dolları təşkil edib. Dövr ərzində Azərbaycandan İtaliyaya 10,9 milyard ABŞ dolları dəyərində məhsul ixrac edilib. Öz növbəsində İtaliyadan Azərbaycana 515,8 milyon ABŞ dolları dəyərində məhsul gətirilib.
Hesabat dövründə İtaliya ilə ticarət əməliyyatları ölkənin ümumi ticarətində 23,92% paya sahib olub.
Azərbaycanın əsas ticarət tərəfdaşları olan ölkələrin siyahısını təqdim edirik: