Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb

Son 10 ildə Orta Dəhliz üzrə yükdaşımalarda müsbət nəticələr qeydə alınıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) AZƏRTAC-a bildirilib ki, bu dinamika özünü gəmi-bərələrlə daşınan avtotexnika (TİR) və vaqonların sayında da göstərir.

Belə ki, 2015-ci ildə 38 min 79 ədəd avtotexnika (TİR) və vaqon daşınması həyata keçirilmişdirsə, 2024-cü ildə bu say 77 min 71 ədədə çatıb. Bu da ümumilikdə 102,4 faiz və ya 2 dəfədən çox artım deməkdir.