“İqtisadi artım” üzrə İşçi qrup 2024-cü ilin monitorinq nəticələrini müzakirə edib

İclasda İşçi qrupun üzvləri və aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə 2024-cü il üzrə hazırlanmış hesabat ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, icra effektivliyinin artırılması istiqamətində tövsiyələr verilib, əsas çağırışlar və növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, “İqtisadi artım” İşçi qrupu “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Davamlı və yüksək iqtisadi artım” və “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri üzrə nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək, həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılıb.