"IFC Azərbaycanda davamlı inkişafa sadiqdir. Bu məqsədlə o, infrastruktur, enerjiyə çıxış, yaşıl maliyyə, kənd təsərrüfatı və su, nəqliyyat və rəqəmsal bağlantılar kimi vacib sektorları gücləndirmək üçün özəl investisiyaları səfərbər edəcək. Bu səylər iqtisadi artımı, iş yerlərinin yaradılmasını və davamlılığı təşviq etmək məqsədi daşıyır”, - deyə IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte bildirib.
ÖTÇ Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına və iqlim dəyişmələri, qeyri-bərabərlik və kövrəklik kimi qlobal çağırışların həllinin vacibliyini vurğulayan Dünya Bankının Təkamül Yol Xəritəsinə uyğundur.
Azərbaycan Dünya Bankına 1992-ci ildə qoşulub. O vaxtdan bəri Dünya Bankı ölkəni iqtisadiyyatın şaxələndirilməsi, infrastrukturun inkişafı, dövlət idarəçiliyi və sosial təkmilləşdirməyə yönəlmiş 50-dən çox investisiya layihəsi vasitəsilə dəstəkləyib. Azərbaycan həmçinin potensialın artırılması və əsas sektorlarda islahatların həyata keçirilməsi üçün müxtəlif məsləhət və texniki yardım proqramlarından faydalanmışdır.
Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub. O vaxtdan bəri IFC Azərbaycana təxminən 900 milyon ABŞ dolları sərmayə qoyub, və maliyyə xidmətləri, infrastruktur və istehsalat sahələrində 60-a yaxın layihəni maliyyələşdirib. O, həmçinin, biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmə, kiçik və orta sahibkarlıq və aqrobiznes sahələrində məsləhət xidmətləri göstərib.