Bakıda Azərbaycanın 2030-cu ilə qədər olan dayanıqlı inkişaf prioritetlərinə həsr olunmuş tədbir keçirilir

Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda tədbir keçirilir.

Trend xəbər verir ki, tədbirdə Azərbaycanın dayanıqlı inkişaf üzrə qarşıdakı beş ilin prioritetləri təqdim olunacaq, eyni zamanda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədinin yekun qiymətləndirilməsi üzrə əsas nəticələr və tövsiyyələr müzakirə olunacaq.