SOCAR və BƏƏ neft şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

SOCAR-ın prezidenti Rövşən Nəcəf “Crescent Petroleum” şirkətinin baş icraçı direktoru Məcid Cəfər ilə görüşüb.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “Crescent Petroleum” şirkətinin fəaliyyəti barədə məlumat verilib. Şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.