Bu həftə isə İngiltərədə dərc olunacaq ÜDM hesabatı, həmçinin, Sənaye İstehsalının həcmi və Ticarət Saldosu kimi iqtisadi-statistik rəqəmlər funtun dünya birjalarındakı qiymətlərinə ciddi təsir edə bilər.
XAUUSD
Qızıl ötən həftə 2886.80$-a kimi yüksələrək tarixi maksimumlarını növbəti dəfə yenilədikdən sonra, 2861$-a kimi geriləyib.
Hazırda, 2776$-dan təklif olunan “sarı metal”, investorların Amerikanın yeni gömrük tariflərinin qlobal iqtisadi riskləri artıra biləcəyinə dair qorxuları fonunda yenidən “güvənli liman” olaraq son sığınacaq ola bilər. Bu isə qızılın kəskin bahalaşmasına dəstək ola bilər.
OİL
Birjalar ABŞ Prezidenti Donald Trampın polad və alüminium idxalına əlavə 25% gömrük rüsumunun tətbiq ediləcəyinə dair açıqlamalarının nəticələrini qiymətləndirərkən, neft 3 həftəlik eniş tendensiyasını üfüqi dalğalanma ilə əvəzləyib.
Brent neftinin qiyməti üç həftəlik enişdən sonra, bir barel üçün 75$-dan aşağı düşdü ki, bu da, sentyabrdan bəri ən uzun itki seriyasıdır. ABŞ xam nefti 71$-a yaxınlaşır. Çinin ABŞ mallarına tətbiq etdiyi tariflərin bazar ertəsi tətbiq edilməsi planlaşdırılır. Bu tariflər Trampın keçən həftə qüvvəyə minmiş tariflərinə qarşı cavab tədbiri idi.
ABŞ prezidentinin polad və alüminiuma tətbiq etməyə hazırlaşdığı tariflər bütün ölkələrə şamil olunacaq. Yeni tariflər Amerikada istehsal olunmayan xüsusi poladdan asılı olan neft qazma maşınları da daxil olmaqla, ABŞ-ın enerji sektorunu vura bilər.
Tələb proqnozunun zəif olması və Trampın tariflərinin Rusiya və İran neftinə tətbiq etdiyi sanksiyaları üstələməsi səbəbindən neft yanvarın ortalarından etibarən eniş trendindədir.