AMB ilə İslam İnkişaf Bankı arasında sukuk emissiyası sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfər çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir ilə görüşüb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə İslam maliyyəsi və sukuk emissiyası sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin texniki yardımlar vasitəsilə bu istiqamətdə ölkədə potensialın artırılmasının təşviq olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.