Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşımanın bərpa ediləcəyi tarix AÇIQLANDI

Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma mayın 1-dən bərpa edilə bilər.

Trend xəbər verir ki, bu məsələ Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-nə planlaşdırılan dəmir yolu ilə sərnişindaşımanın bərpası məsələsini nəzərdən keçiriblər.