Cari ilin yanvar ayında Azərbaycandan Türkiyəyə 8,6 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Trend-in Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsulun ixracından əldə olunan gəlirin həcmi 4,2 milyon ABŞ dolları təşkil edib.
Türkiyəyə olunan neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 3,3 min ton, yaxud da 61,4%, dəyər ifadəsi ilə 1,4 milyon ABŞ dolları və ya 52% artıb.
Belə ki, 2024-cü ilin yanvarında Azərbaycandan Türkiyəyə ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının miqdarı 5,3 min ton, dəyəri isə 2,8 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən ay Azərbaycandan ixrac edilən bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ümumi həcmi 1,462 min ton, dəyəri isə 863,5 milyon ABŞ dolları təşkil edib.