Bakıda “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” tədbiri keçirilir

Bakıda “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” tədbiri keçirilir.

Trend xəbər verir ki, tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təşkil olunub.

Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini general-mayor Allahverən İsmayılov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik əməliyyatları mərkəzinin şöbə rəisi İsgəndər Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin Layihələrin idarə olunması, humanitar məsələlər və İKT şöbəsinin müdiri Cahid Kazımov, media nümayəndələri və digər şəxslər iştirak edirlər.

Xəbər yenilənəcək