Ötən il 134 dövlət qulluqçusu haker hücumunun qurbanına çevrilib - İdarə rəisi

2024-cü il ərzində bir sıra dövlət qurumlarının əməkdaşları haker hücumlarının qurbanına çevrilib.

Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün Bakıda keçirilən “Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı” tədbirində deyib.

O bildirib ki, ötən il ərzində 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.

"Hesabat ilində hakerlər sızmış dövlət elektron xidmətlərinə aid tərəfimizdən qeydə alınan məxsusi hesabların sayı isə ümumilikdə 3798 olub".

Xəbər yenilənəcək