Cari ilin yanvar ayında Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 208,5 milyon ABŞ dolları olub.
Trend-in Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən apardığı hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon ABŞ dolları və ya 38 dəfə çoxdur. Belə ki, 2024-cü ilin yanvarında Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin həcmi 5,5 milyon ABŞ dolları təşkil edib.
Ötən ay Azərbaycandan Çexiyaya ixrac olunan məhsulların dəyəri 202,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 202,4 milyon ABŞ dolları, yaxud da 2 min 890 dəfə çoxdur. 2024-cü ilin yanvarında Azərbaycandan Çexiyaya ixrac olunan məhsulların dəyəri 70 min ABŞ dolları idi.