Yanvarda ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (21,1 milyon dollar) birinci, karbamid (21 milyon dollar) ikinci, xurma (19,3 milyon dollar) üçüncü yerdə qərarlaşıb.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadla bildirir ki, həmin dövrdə Rusiyaya 81,1 milyon dollar, Türkiyəyə 37,1 milyon dollar, Gürcüstana 26,5 milyon dollar, İsveçrəyə 22,2 milyon dollar, Ukraynaya isə 21,8 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.