Ötən həftə Azərbaycanda sığorta bazarının yanvar ayı üzrə göstəriciləri açıqlanıb. Sığorta şirkətlərinin ödəniş, yığım haqları və onların dinamikası məlum olub.
Trend-in məlumatına görə, ötən həftə həm də Azərbaycanın bank sektorunda yanvar ayı üzrə göstəricilər dərc olunub.
Belə ki, bankların xalis mənfəəti azalıb, manatla kredit qoyuluşu artıb, manatla pul kütləsinin həcmi bilinib, manatın dövretmə sürəti 3,26 bənd təşkil edib, həmçinin, manatın nominal və real effektiv məzənnəsi artıb, iqtisadiyyata kredit qoyuluşu 5 milyard manata yaxın çoxalıb.
Ötən həftə həm də Azərbaycanın ödəniş sektorunun yanvar ayı üzrə göstəriciləri açıqlanıb.
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin tərkibi təsdiq edilib.
Ötən həftə açıqlanan göstəricilərə görə, Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 20% artıb, özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 108,9 milyon manat olub.
Məlum olub ki, bu il yeni IPO bazara səhmlərini emissiya edəcək.