"Təbii ki, dayanıqlı iqtisadi inkişaf sahibkarlıq mühitinin inkişafına da gətirib çıxarır. Məhz sahibkarlığın inkişafını, biznesini təmin edən vergi siyasəti fəaliyyəti tətbiq olunmalıdır.
Digər fəaliyyət istiqamətimiz isə vergidən yayınma və kölgə iqtisadiyyatı ilə mübarizə tədbirlərinin davam etdirilməsidir. Bu sahədə dayanıqlığın təmin olunması da əhəmiyyətlidir".
"Biz elə bir mühit yaratmaq istəyirik ki, vergi ödəyiciləri üçün həm vergi yükünə görə, həm digər ödəmələrin asanlığına görə iqtisadi baxımdan səmərəli və şəffaf şəkildə fəaliyyət göstərmək daha aktual olsun. Digər tərəfdən, elə bir mühit də formalaşdırmaq tərəfdarıyıq ki, vergidən yayınma halları ciddi şəkildə qanunla məsuliyyətə səbəb olsun.
Dördüncü fəaliyyət istiqamətimiz isə könüllü vergi ödəyicilik səviyyəsinin artması və vergi mədəniyyətinin yüksəldilməsidir", - N.İmanov vurğulayıb.