Çıxışlarda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi enerji siyasətinin ölkəmizin hərtərəfli inkişafındakı rolundan danışılıb. Ümummilli Lider tərəfindən dövlətçiliyimizin möhkəmləşdirilməsində arxivlərin rolunun daim yüksək qiymətləndirildiyi, Ulu Öndərin "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” 2 dekabr 2002-ci il tarixli Fərmanının arxivlərin maddi-texniki təminatının əsaslı olaraq yenilənməsini təmin etdiyi vurğulanıb, həmçinin bu sahədə qanunvericilik bazasının formalaşdırıldığı bildirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göstərilən yüksək diqqət nəticəsində ölkəmizdə ən müasir texnologiyalara əsaslanan arxiv işinin təşkili istiqamətində görülən işlərdən, əldə olunan uğurlardan bəhs edilib. Hazırda arxiv işinin təşkili üzrə dövlətin dəstəyi ilə həyata keçirilən tədbirlərin önəmi qeyd olunub.
Eyni zamanda, SOCAR-da arxiv işi üzrə rəqəmsallaşdırma, sənədlərin mühafizəsi və təhlükəsizliyi istiqamətlərində atılan addımlar barədə məlumat verilib. SOCAR-ın Baş ofis ilə yanaşı, müəssisələrdə də bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və hərtərəfli inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Tədbir çərçivəsində “Neft tarixinin sənədləri” və SOCAR-ın Mərkəzi arxivində müasir texnoloji avadanlıqlarla sənədlərin rəqəmsallaşdırılmasını, həmçinin sənədlərin təhlükəsiz şəraitdə mühafizəsinin təşkilini özündə əks etdirən “Gələcək nəsillər üçün qorunan tarix” adlı videoçarxlar nümayiş etdirilib.