SOCAR-ın təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib

4 mart 2025-ci il tarixində “The Ritz-Carlton” otelində SOCAR-ın təşkilatçılığı ilə “Enerji sahəsində rəqəmsallaşdırma, sənaye təhlükəsizliyi və satınalmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “KazMunayQaz” şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenovun, “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovun, “Uzbeknefteqaz” şirkətinin İdarə Heyətinin sədri Baxodirjon Sidikovun çıxışları dinlənilib.

Daha sonra Azərbaycan Respublikasının SOCAR, Qazaxıstan Respublikasının “KazMunayQaz”, Rusiya Federasiyasının “Tatneft”, və Özbəkistan Respublikasının “Uzbeknefteqaz” şirkətləri arasında dördtərəfli dördtərəfli və ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.

Konfrans çərçivəsində, həmçinin, “Yeni standartların işlənilməsi və neft-qaz sənayesində tətbiqi”, “Fövqəladə halların aradan qaldırılması üzrə müasir yanaşmalar və birgə reaksiya qruplarının əhəmiyyəti”, "Neft-qaz sənayesi üçün açıq rəqəmsal həllər konsorsiumu – vahid mühəndis mühiti", “Birgə satınalma fəaliyyətinin üstünlükləri və tətbiqinin prinsip və mərhələləri” mövzularında panel müzakirələr təşkil olunub. Müzakirələrdə mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.