İki ayda Azərbaycanda 547 layihəyə 32,1 milyon manat güzəştli kredit verilib

Bu ilin iki ayı ərzində Azərbaycanda 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib.

Trend-ə bu barədə Sahibkarlığın İnkişafı Fondundan bildirilib.

Məlumata görə, verilmiş kreditlər hesabına 509 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Qeyd edək ki, 2024-cü il ərzində sahibkarların 5 722 layihəsinin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit ayrılıb.

Ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilmiş kreditlərin 53,3%-i kənd təsərrüfatı məhsulları istehsalının payına düşüb. Bununla yanaşı, verilmiş kreditlərin 38,1%-i sənaye məhsullarının istehsalı və emalının, 2,1%-i turizmin, 6,5 %-i isə digər sahələrin payına düşüb.