“Qaradağ” günəş elektrik stansiyası və meqalayihənin icra strategiyası barədə müzakirələr aparılıb

“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “Masdar” Şirkətinin əməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş olub.

Bu barədə Trend-ə “AzərEnerji”dən məlumat verilib.

 

Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi edilib.

İstismarda olan “Qaradağ” günəş elektrik stansiyası və meqalayihənin icra strategiyası barədə müzakirələr aparılıb.