2024-cü ildə sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunub - Baş nazir

İnvestisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilib.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.

 

O bildirib ki, 2024-cü ildə sənaye zonalarında 3,3 mlrd. manat dəyərində məhsul istehsal olunmuş, ondan 1,1 mlrd. manat həcmində məhsul ixracı edilib.

“Hesabat ilində institusional sahədə islahatlar davam etmiş, iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib”, - deyə Ə.Əsədov qeyd edib.